Sosial

İmam Cəfər Sadiq (ə) hakimiyyəti qəbul etmədi?

Metbuat.az
Abbasilərin vəziri Əbu Sələmə hakimiyyəti İmam Cəfər Sadiqə (ə) təklif edəndə niyə o həzrət qəbul etmədi?

Milli.Az

islam.az

-a istinadən bildirir ki, Həzrət Sadiq (ə) uzaqgörənlik və imamət zəkası ilə bildi ki, Abbasilər tərəfindən başlanmış hərəkatın məqsədi hakimiyyəti imamlara təhvil vermək deyil. Abbasilər sadəcə olaraq, xilafəti ələ keçirmək uğrunda çalışırlar. Hətta əgər Əbu Sələmə səmimi olsa belə, hərəkatın digər başçıları hakimiyyətin Əli (ə) nəslinə keçməsinə heç zaman razı olmazlar. İmam başa düşürdü ki, əgər özü və yaxınları bu hərəkata qoşulsalar, zalım Abbasilərin əlində oyuncağa çevriləcəklər. Onlar hakimiyyəti ələ keçirən kimi öz rəqiblərini amansızlıqla aradan götürəcəklər. Buna görə İmam Sadiq (ə) nə özü Abbasi dəvətinə qoşuldu, nə də ona yaxın olan qüvvələrə bu hərəkatda iştirak etmək icazəsi verdi. Hətta Əbu Sələmə tərəfindən göndərilən məktubu oxumadan yandırdı. Tarix bu addımın doğru olduğunu göstərdi. Abbasilər yalnız öz məqsədlərinə çatana kimi Əhli-beytin adından istifadə etdilər, sonra isə Əhli-beytə qarşı düşmənçiliklərini gizlətmədilər.



Milli.Az