İlker Ayrıkla imza günü (FOTO)
Nizami Kino Mərkəzində böyük coşğu ilə növbəti türk ulduzunun imza günü və film nümayişi keçirilib.
Mərkəzdən ANS PRESS-ə bildirilib ki, Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini azərbaycan tamaşaçısına təqdim edib.
Halim və Selim iki şən və baməzə olan qardaşdılar. Onları başqalarından fərqli edən səbəb birbirinə yapışıq doğulmaları və istər istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xöşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar...
Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık və Hakan Bulut aftoqraf sessiyası keçirib və mətbuatın suallarını cavablandırıblar.
Filmdə baş rolları İlker Ayirik ilə yanaşı, Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.
Mənbə
ANS PRESS