Texnologiya

İlk VAIO smartfonu göstərildi

Metbuat.az

Yaponiyanın Sony şirkəti öz kompüter biznesi ilə birgə, həmçinin VAIO brendinin istifadə hüququnu satıb. Məlum olub ki, bu brend adı altında yalnız noutbuk deyil, həm də smartfon buraxılacaq. 

 
VAIO Corporation şirkəti tərəfindən hazırlanmış VAIO Phone adlı model HD təsvir ölçülü 5 düymlük ekran, 1.2 GHz takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 410 prosessoru, 2 Gb əməli yaddaş və 16 Gb-lıq fləş daşıyıcı ilə təchiz edilib. Multimedia məzmunu və başqa informasiyanı yadda saxlamaq üçün 64 Gb tutumadək microSD çıxarılıb-taxılan daşıyıcılarından istifadə etmək olar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. İstehsalçı əmin edir ki, qurğu avtonom iş vaxtı danışıq rejimində təxminən 800 dəqiqə, gözləmə rejimində isə 500 dəqiqə işləyəcək. Cihazın əsas kamerası 13, ön kamerası 5 meqapiksellik matrislə təchiz olunub.
 
Qurğunun ölçüləri 71,3x141,5x7,95 mm, çəkisi 130 qramdır. Android 5.0 əməliyyat sistemi ilə işləyir, LTE şəbəkələrə qoşulmanı dəstəkləyir.
 
VAIO Phone qurğusu martın 20-də Yaponiyada satışa başlanacaq. Dəyəri təxminən 420 dollardır.
 
Milli.Az