"İlk adım Məhəmməd olub" - Faiq Ağayev
Xalq artisti Faiq Ağayev geyimlərindən danışıb.
Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində qonaq olan müğənni libaslarını tikdirdiyini deyib:
“Uzun illərdir modelyerlərlə çalışıram. Köynəklərim, pencəklərim tikilir. Hətta ayaqqabılarımı da tikdirirəm. 8 ildir mən tikilmə ayaqqabı geyinirəm. Heç mağazadan alınanadan seçilmir”.
Formada qalmağından danışan F.Ağayev on ildir şəkər istifadə etmir:
“İnsanı kökəldir. Onu balla əvəzləyirəm”.
Xalq artisti adı ilə bağlı maraqlı etiraf edib:
“Atam dənizçi idi. Mən dünyaya gələndə, xaricdə olub. 40 gün mənə ad qoymayıblar. Anam israr edib ki, atası gəlsin sonra. Nənəm mənə Məhəmməd adını qoyub. Atam gələndə oturub danışıblar ki, Ziya qoyaq. Sənəd almağa gedəndə böyük qardaşım arxasınca qaçıb ki, ona Ziya adı qoyma, məktəbdə “Ziyad balığı” deyəcəklər. Atam da adımı Faiq yazdırıb. İlk adım Məhəmməd olub”.