Ölkə
İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib
Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan prezidenti
İlham Əliyevmartın 28-də ölkəmizə yeni təyin olunmuş bir sıra dövlətlərin səfirlərinin etimadnamələrini qəbul edib.
"Report" xəbər verir ki, Seyşel Adaları, İrlandiya, Ekvador, Peru və Uruqvay diplomatları Dik Esparo, Brendan Uard, Humberto Vinueza Rodriqez, Xorke Abarka del Karpio və Anibal Kabral Seqalerba öz etimadnamələrini ölkə başçısına təqdim ediblər.
Görüşlər zamanı ikitərəfli münasibətlərə toxunulub.