Sosial

"İlahəni həkimlər öldürdü"

Metbuat.az
Doğuş zamanı dünyasını dəyişmiş qadının qohumları danışdı

Bakıda dünən doğuş zamanı dünyasını dəyişmiş qadının hadisənin həkimlərin səhvi üzündən baş verdiyini bildirirlər.



Milli.Az xəbər verir ki, 

anspress.com

-ə müraciət edən həkim

Cavid Musazadə

"Astoriya" Tibb Mərkəzində dünyasını dəyişmiş qadının qardaşı arvadı oluğunu bildirib.



“Dünyasını dəyişən qadın Bakı şəhər Lökbatın qəsəbəsində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü İlahə Musazadədir. O, doğuşdan əvvəl dünyasını dəyişib. Ona iynə vuraraq epidural anesteziya eləmək istəyiblər. Amma qadın şoka düşüb və dünyasını dəyişib”,- deyə Cavid Musazadə vurğulayıb.



Onun sözlərinə görə, hadisə zamanı İlahə Musazadənin körpə qızını xilas etmək mümkün olub.



Xatırladaq ki, hadisə dünən Bakıdakı özəl klinikalardan birində - “Astoriya” Tibb Mərkəzində baş verib.



“Astoriya” Tibb Mərkəzindən

Trend

-ə hadisənin olmasını təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.



Milli.Az