Mədəniyyət

İki Qafqaz xalqının dostluğunun gücü rəssamların gözü ilə

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Martın 6-da “1969” qalereyasında Gürcüstan və Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Dostluğun gücü” adlı sərgi açılıb. 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş sərgi Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Assosiasiyasının dəstəyi ilə təşkil edilib.


AZƏRTAC

xəbər verir ki, sərginin ekspozisiyasında gürcü rəssamları Amiran Qoqolaşvili, Temur Maçavariani, Kote Amirecibi, Besik Arbolişvili, Tinatin Sanikidze və Mamuka Sesxladzenin, habelə Azərbaycan rəssamları Aida Əli, Ellada İsmayılova, Leyla Şirəli və Tural Muxtarzadənin əsərləri nümayiş etdirilir.


Tədbirin məqsədi Azərbaycan ilə Gürcüstan arasında mədəni sahədə qarşılıqlı münasibətləri möhkəmlətmək, Azərbaycan incəsənətini Gürcüstanda və gürcü incəsənətini Azərbaycanda populyarlaşdırmaqdır.


Sərgi martın 8-dək davam edəcək.