Mədəniyyət
İki ölkə arasında mədəni sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 5 mart,
AZƏRTACNiderland Krallığının ölkəmizdəki səfiri Robbert Qabrielsen mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşüb.
Nazirliyin mətbuat xidmətində
AZƏRTAC-a bildirilib ki, S.Məmmədəliyeva ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Səfir öz növbəsində nazirliklə intensiv əlaqələrin mövcudluğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib, əlaqələrin dostluq münasibətlərinə əsaslandığını söyləyib.
Görüşdə treninqlərin təşkili, Rotterdam orkestrinin Bakıda konsert proqramı ilə çıxışı və digər məsələlər müzakirə edilib.