Sosial

İki nəfər dəm qazından zəhərlənib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Bakı və Gəncədə iki nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb. "Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Ağsu rayon sakini Zöhrab Şirinov Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Həmçinin, Gəncə şəhərində yaşayan Çinarə Əliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.


Hər iki hadisə ilə bağlı araşdırma aparılır.