Sosial

İki gənc bir-birini bıçaqlayıb - FOTO

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Gəncədə iki gənc arasında mübahisə bıçaqlanmaya səbəb olub. "Report"un məlumatına görə, bıçaqlanan Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Sadıqov Rüstəm Ruzigar oğlu Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qolundan bıçaqlanan gənc dərhal əməliyyat edilib və vəziyyəti normallaşıb. Bu hadisədən bir neçə saat sonra isə Göygöl rayon Qızılca kənd sakini, 1995-ci il təvəllüdlü Abdullayev Şirxan Şirin oğlu qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə həmin xəstəxanaya çatdırılıb. Məlum olub ki, R. Sadıqovla Ş. Abdullayev dava zamanı bir-birini bıçaqlayıblar. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.