İqtisadiyyat

İki ayda ölkə əhalisinin hər bir nəfərinin gəliri 3,7 faiz artıb

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

 


Bu ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəliri 3,7 faiz artaraq 618 manata çatıb.


Dövlət Statistika Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.