Sosial
İki avtomobili qolları ilə saxlayır - VİDEO
Şərif Səlimov
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
Kürdəmirin tanınmış pəhləvanıdır. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Muradxan kəndindən olan Şərif Səlimov 16 yaşından bu işə maraq göstərib. Güləşin sirlərini öyrəndikdən sonra məşhur pəhləvan kimi ad qazanan Şərifi indi ətraf rayonlarda da yaxşı tanıyırlar.
42 yaşlı pəhləvan 100-dən çox iri mismarı mıxlandığı taxtanın üzərindən rahatlıqla çıxarır. Onun qarın nahiyəsinin üzərində mişar daşı sındırılır. Pəhləvan mismarları buraraq bir-birinə dolayır. Ən maraqlısı isə onun iki avtomobili qolları ilə saxlamasıdır.
105 kiloqram çəkisi olan Şərif pəhləvan onlarla medal və mükafatların sahibidir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.