Şou
Hollivud ulduzu çəkiliş meydanında yaralandı
“Karib dənizinin quldurları” filminin növbəti hissəsinin çəkilişləri zamanı Hollivud ulduzu Conni Depp çəkiliş zamanı yaralanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, çəkilişlər üçün Avstraliyada olan 51 yaşlı aktyor sağ biləyini sındırıb. Conni əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, “Karib dənizinin quldurları: Ölü adamlar nağıl söyləyə bilməz” adlı film 2017-ci ildə nümayiş olunacaq.