Şou
Hollandiyada elektron marixuana satılacaq
Hollandiya şirkəti həqiqi marixuana dad və qoxulu “electron marixuana” istehsal edib.
Axşam.az BBC-yə istinadən xəbər verir ki, yeni məhsulun tərkibində toksik maddə və nikotin olmayacaq və qanuni olaraq satılacaq.
“E-njoint” adlı şirkət bu fikrə “e-siqaret”dən ilhamlanaraq gəldiklərini bildirib. Avropa və Amerikadakı laboratoriyalarla işləyən şirkət “uçuş” hissini verən iy hazırlayıblar. Tamamilə təbii olan bu qoxu həqiqi marixuana dadı və iyini verəcək.
Qeyd edək ki, elektron marixuana bu yaxınlarda satışa çıxacaq və yaş məhdudiyyəti qoyulmadan satılacaq.