Şou
Milli.Az
"Həyat yoldaşımla yaxın dostuq" - FOTO
“Ailə qurandan sonra işləmədim. Özümü qızıma və ailəmə həsr etdim. İndi yenidən çalışmağa başlamışam. Amma işim bitən kimi Natellanın (qızı-red.) yanına qaçıram”
Milli.Az xəbər verir ki, bu sözləri
axsam.az-ın əməkdaşı ilə söhbətində aparıcı
Kamilə Babayevadeyib.
O, ən yaxın dostu və məsləhətçisinin həyat yoldaşı
İbrahim Rzabəyovolduğunu da gizlətməyib:
“Xoşbəxt qadın odur ki, ailəsi arxasında dağ kimi durur, ona güc verir. Həyat yoldaşımın məsləhətinə böyük önəm verirəm. Onunla yaxın dostuq. Bir işə başlayanda yoldaşımla məsləhətləşirəm. Bilirəm ki, mənə düz yol göstərəcək. Əlbəttə, öz ağlımdan da istifadə edirəm”.
Qeyd edək ki, K.Babayeva bu yaxınlarda ATV-də efirə gedəcək "5-ci element" verilişində aparıcılıq edəcək.
Milli.Az