Həcc ödənişləri dollarla aparılacaq
Bu il Azərbaycanda Həcc ziyarəti üçün ödənişlər dolların kursuna uyğun aparılacaq.
ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu il zəvvarlardan ödənişlər məhz ABŞ valyutasının məzənənnəsinə uyğun qəbul olunacaq. Buna səbəb kimi isə son vaxtlar manatın məzənnəsində baş verən dəyişikliklər göstərilir.
Qeyd edilir ki, manatla həyata keçirilən ödənişlər əməliyyat gününə uyğun dolların məzənnəsi əsasında aparılacaq.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi 2015-ci ildəki həcc ziyarəti ilə bağlı əlavə izahat verib. ANS PRESS-in QMİ-yə istinadla verdiyi məlumata görə, izahatda zəvvarların mütləq biometrik pasportları olmasının vacibliyi qeyd edilib.
Azərbaycanda 11 mart tarixindən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb.
Bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır.
Mənbə
ANS-TV