Mədəniyyət

Hamlet Qurbanovun doğum günüdür

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, mərhum sənətkar Hamlet Qurbanovun doğum günüdür.


"Report" xəbər verir ki, Hamlet Qurbanovun 75 yaşı tamam olur.


Azərbaycanın teatr səhnəsində və kino ekranında maraqlı obrazlar yaradan Hamlet Qurbanov 1940-ci ildə Bakıda görkəmli teatr və kino aktyoru

Ağadadaş Ağayev və Opera müğənnisiGülxar Həsənovanın ailəsində anadan olub. Mərhum aktrisa Gülşən Qurbanovanın ata bir, ana ayrı qardaşıdır.

H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədovun kursunu bitirib. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb.


C.Məmmədquluzadənin "Dəli yığıncağı"pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış edib. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilib.


Azərbaycan televiziyasının çəkdiyi televiziya tamaşalarında yaratdığı obrazlar ona məşhurluq gətirib. Hamlet Qurbanonun ən uğurlu obrazı kimi rejissor Ramiz Həsənoğlunun quruluşunda, dahi H.Cavidin "Topal Teymur" televiziya tamaşasında yaratdığı Yıldırım Bəyazit obrazının adını çəkmək olar.


Hamlet Qurbanov 1995-ci il noyabrın 13-də 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.