Sosial
Milli.Az
Hamlet İsaxanlı qızının döyülməsi xəbəri haqda: "Gəlib onların işinə baxaram"
Xəzər Universitetinin rektoru
Hamlet İsaxanlıqızı
Ülkər İsayevanın döyülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
İsaxanlı
AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: “Mən indi xaricdəyəm. Axmaqlar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.
Qeyd edək ki, musavat.com saytının yazdığına görə, Ü. İsaxanlı 09.03.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Milli.Az