Şou

Hacıbaba Bağırovun qızına xalq artistindən kömək

Metbuat.az
Xalq artisti, mərhum Hacıbaba Bağırovun qızı Lalə Bağırovanın kömək üçün “Öz aramızda” verilişinə müraciət etməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, ürəyində qüsur olan Lalənin əməliyyat üçün 8 min manata ehtiyacı var.



Xalq artisti Mələkxanım Əyyubova aktyorun qızına yardım edərək, 500 manat pul göndərib. O, bütün sənət dostlarını Hacıbaba Bağırovun qızına kömək olmağa səsləyib.  



Qeyd edək ki, Lalə Bağırova mərhum aktyorun ilk həyat yoldaşından dünyaya gələn qızıdır.