Sosial

Gürcüstanda azərbaycanlını öldürənlər tutuldu

Metbuat.az

Gürcüstanda azərbaycanlının qətlə yetirilməsi ilə bağlı şübhəli şəxslər saxlanılıb. ANS PRESS-in "Novosti Qruziya"ya istinadla verdiyi məlumata görə, Kvemo Kartli polis bölməsinin əməkdaşları qətllə bağlı əməliyyat keçiriblər. Nəticədə qətldə şübhəli şəxs qismində beş nəfər saxlanılıb.



Bunlar Ceyhun Q. Çərkəz M. Adil K. və Merab M adlı şəxslərdir. İlkin məlumata görə, onlar mart ayının 22-də saat 21:00-da Tiflis- Qırmızı körpü magistralının 37-ci km-də "Mercedes" markalı maşında olan iki Azərbaycan vətəndaşına hücum ediblər.



"Şübhəlilər 1980-cı il təvəllüdlü Nəriman Mustafayevi soyuq silahla yaralayıblar. Onlar maşından 160 min Azərbaycan manatı, 45 min lari götürərək hadisə yerindən qaçıblar. M.Nəriman aldığı xəsarətlərdən hadisə yerində ölüb".



Faktla bağlı qəsdən adamöldürmə və quldurluqla bağlı cinayət işi açılıb.



Xatırladaq ki, Nəriman Mustafayev Gürcüstanan dollar almaq üçün gedibmiş. O, qonşu ölkədən dostunun köməyi ilə ABŞ dolları alaraq geri qayıdırmış.



Gürcüstana dollar almağa gedən azərbaycanlı öldürüldü
Mənbə
ANS PRESS