Mədəniyyət

Gürcü çarının varisi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib

Metbuat.az

Tbilisi, 18 mart,

AZƏRTAC

Gürcüstan Baqrationi çar taxtının varisi Davit Baqrationi Muxran Batonişvili martın 17-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.


Muzeyin direktoru Leyla Əliyeva Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi, bu mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, muzey təkcə tarix, mədəniyyət və incəsənət nümunələrini qorumaq və təbliğ etməklə kifayətlənmir, Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirir. Hər iki ölkənin rəhbərliyi və müvafiq nazirlikləri, şirkətləri muzeyin fəaliyyətinin daha genişlənməsinə lazımi kömək göstərir.


Davit Baqrationi Muxran Batonişvili Azərbaycan mədəniyyətinin nümunələrinə maraqla baxıb. O, M.F.Axundzadənin həyat və yaradıcılığı barədə məlumatlardan məmnun qaldığını söyləyib.


Sonra çar taxtının varisi muzeyin əməkdaşları ilə görüşərək onlarla söhbət edib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi