Şou

Günel Tatlısəsi belə ağlatmışdı (VİDEO)

Metbuat.az

İbrahim Tatlısəsin uzun illər öncə Bakıdakı konsertindən kəşf edib üzə çıxardığı Azəri Günel məşhur sənətçinin çətin günündə onu xatırlayıb.



ANS PRESS-in məlumatına görə, qardaş ölkə ilə yanaşı, ölkəmizdə də çox sevilən müğənni Azəri Günel (Zeynalova) “Instagram” sosial şəbəkəsində illər öncə İbrahim Tatlısəsin verilişində qonaq olarkən çəkilən bir videogörüntünü paylaşıb.



Verilişdə “Qaragilə” xalq mahnımızı ifa edən Günel mahnı sözlərində dəyişiklik edərək, “Sil gözünün yaşını, İbrahim abi, ağlama bəsdir” deməsi onu daha da kövrəldir. Müğənni verilişdən həmin görüntünü izləyiciləri ilə bölüşərək dualarının onunla olduğunu bildirib.



Qeyd edək ki, məşhur türk müğənnisi İbrahim Tatlısəs martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirib və 6 gün koma vəziyyətində qaldıqdan sonra oyandığı bildirilir.



Azəri Günelin sözügedən paylaşımını və videonun tam versiyasını sizə təqdim edirik:





Mənbə
ANS PRESS