Şou

Günay yeniliklərindən danışdı

Metbuat.az
Müğənni Günay İbrahimli prodüseri Toma Hüseynəliyeva ilə birlikdə Gürcüstan səfərindən qayıdıb
Axşam.az-ın məlumatına görə, sənətçi səfərin məqsədinin yaradıcılığı ilə bağlı olduğunu deyib:
“Müğənni Elvin Abdullayevin mənim üçün yazdığı yeni mahnını Gürcüstanda “Bravo Rekords” studiyasında aranjman etdirirəm. Eyni zamanda Gürcüstanda klip çəkdirməyi planlaşdırıram. Gürcü rejissorla işləyəcəm. Yayda isə turneyə çıxacam. Beş rayonda konsert verəcəm. Bu, Qarabağ bölgəsi olacaq. Çünki özüm də o yerlərdənəm. Turnenin sonuncu konserti Heydər Əliyev Sarayında baş tutacaq".

G.İbrahimli pərəstişkarları ilə görüş də keçirəcək:

"Bir mahnı var. Onun sinqlını çıxaracam. Həmin diskdə bir mahnının beş versiyası yer alacaq. Onun təqdimatını edəcəyik. Orada sevənlərim də olacaq".

Milli.Az