Şou

Günay yeni ev alıb

Metbuat.az

Müğənni Günay İbrahimli özünə yeni ev alıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Qonaq gəl bizə” verilişində xəbər verib. O, yeni mənzilinin hazırda təmirdə olduğunu bildirib:

“Hazırda valideynlərimlə birlikdə yaşayıram. Yeni evimdə təmir işləri gedir. Kreditlə almışam”.

Sənətindən bəhs edən G.İbrahimli bundan sonra açıq-saçıq kliplər çəkdirməyəcək:

“Əvvəlki kliplərimdə açıq-saçıqlıq olub. Amma bundan sonra belə şeyə yol verməyəcəm. Dostlarım irad tutdu ki, Günay, axı sən elə biri deyilsən. Başqaları soyunur, onlar elədir. Sən özünü olmadığın kimi göstərmə”.