Şou

Günay ilin ən yaxşısı seçildi

Metbuat.az
Türkiyədə fəaliyyət göstərən model-aktrisa Günay Musayeva “İstanbul Fashion Week”də iştirak edəcək

Model-aktrisanın mətbuat xidmətindən

lent.az

-a verilən xəbərə görə, bununla yanaşı

Günay

a yaxın günlərdə Kipr Universitetinin mükafatı da təqdim ediləcək. Universitet tələbələrinin arasında keçirilmiş qapalı səsvermə  ilə həmyerlimiz ilin ən yaxşı modeli kimi mükafatlandırılacaq.


 


Bu yaxınlada Bakıda qonaq olan və “Baku Fashion Nights”-də modelyerlər

Gülşən İbrahimova

,

Gülnarə Xəlilova

Yıldırım Mayruk

un nümayişlərində çıxış edən model martın 22-də yenidən şəhərimizin qonağı olacaq. Günay "Nizami" Kino Mərkəzində media nümayəndələri ilə görüşməyi düşünür. Aktrisa rol aldığı "Kod adı KOZ" filminin təqdimatı üçün Bakıya gələcək.



Milli.Az