Şou
ANS PRESS
Günay İbrahimli Qarabağ turnesinə çıxır
Populyar müğənni Günay İbrahimli Qarabağ turnesinə çıxacaq.
ANS PRESS-in məlumatına görə, gürcülərlə işbirliyinə start verən ifaçı turneyə yay aylarında çıxacaq.
"Qarabağ bölgəsinin beş rayonunda konsert verəcəm. Mən özüm də qarabağlıyam. Turnenin sonuncu konserti isə Heydər Əliyev Sarayında olacaq” - deyə ifaçı bildirib.
Güclü iş rejimində çalışdığını deyən Günay, pərəstişkarları ilə görüş də keçirəcəyini bildirib. Bundan əlavə olaraq G.İbrahimli açıqlaması zamanı gələcək günlərdə onu sevənləri daha bir neçə sürpriz ilə də sevindirəcəyini vurğulayıb.
MənbəANS PRESS