Şou

Günay İbrahimli gürcülər ilə işbirliyinə başladı (FOTO)

Metbuat.az

Populyar müğənni Günay İbrahimli gürcülərlə işbirliyinə başlayıb.



ANS PRESS-in məlumatına görə, ifaçı və prodüseri Toma Hüseynəliyeva ötən günlərdə Gürcüstan səfərindən qayıdıblar.



Toma xanım açıqlamasında bildirib ki, Elvin Abdullayevin bəstələdiyi yeni mahnı Gürcüstanda peşəkarlar tərəfindən “Bravo Rekords” studiyasında aranjeman edilib:



"Bundan əlavə olaraq qeyd edim ki, Novruz bayramı ərəfəsində sözügedən mahnıya gürcü rejissoru tərəfindən klip də çəkiləcək".




Mənbə
ANS PRESS