Şou
Günay: "Dedi, hamını sil, mən də bu cür etdim"
Müğənni Günay İbrahimli özünü həmkarı İradə İbrahimovaya bənzətməsi ilə bağlı söz-söhbətlərə son qoyub.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ifaçı “Onlar”a açıqlamasında bu iddiaları qəbul etmədiyini deyib:
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ifaçı “Onlar”a açıqlamasında bu iddiaları qəbul etmədiyini deyib:
“Neçə vaxtdır İradə xanımı uzaqdan tanıyıram. Bu yaxınlarda bir çəkilişdə olduq, görüşdük. Bir-birimizə bənzəmirik. Mən toppuşam, o arıqdır. Deyirdilər, İradə getdi, sən onun yerinə gəldin. Bu fikirlə razı deyildim. Mən İradəyə bənzəmirəm. Onun sənətə qayıtmağı gözəl oldu. Hamı gördü ki, İradənin öz, mənimsə öz yerim var. İstəyirəm rəqabət artsın, hamı gözəl işlər görsün. Yerimin harada olduğunu tamaşaçılar indi daha yaxşı görsünlər".
G.İbrahimli İnstagram səhifəsində izlədiyi dostlarını silməsinin səbəbini açıqlayıb:
G.İbrahimli İnstagram səhifəsində izlədiyi dostlarını silməsinin səbəbini açıqlayıb:
"İnsanlar fikirləşirdilər ki, Günay qudurdu, ulduz oldu. 568 insanı izləyirdim. Bəzi insanlar əsəblərimə toxunurdular. Tolik məsləhət gördü ki, hamını sil, kimlər sənə yaxındır, onları izlə. Mən də bu cür etdim".
Milli.Az
Milli.Az