Günay Bakıda dəfiləyə çıxacaq
Bu gün Bakıda “Baku Fashion Nights 2015” adlı moda nümayişi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, tədbirin ilk günü əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyasının dəfiləsi olacaq. Daha sonra yerli dizayner və modelyerlərin “2015 yaz-yay kolleksiyası”ndan seçilmiş nümunələr nümayiş etdiriləcək.
Martın 14-də modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın moda nümayişi baş tutacaq.
Türk modelyer Yıldırım Mayruk, davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”in fəxri qonağı olacaqlar.
Martın 15-də vida dəfiləsini “Pert-a-Porter ” konseptli kolleksiyası ilə Yıldırım Mayruk sərgiləyəcək. Kolleksiyanın ən görkəmli libasları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayruk gecəyə təşrif buyuran qonaqları xoş sürpizlər gözlədiyini bildirib.