Sosial

Gun var, esre beraber: Otenleri yada salaq

Metbuat.az
Milli.Az anspress -ə istinadən martın 24-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 24 mart 2015


Hicri: 3 cəməduəs-sani 1436



İlin 83-cü günü


İlin sonuna 282 gün qalır




Bu günün namaz vaxtları:



Fəcr - 05.30


Günəş - 06.40


Zöhr - 12.51


Əsr - 16.46


Məğrib – 19.09


İşa – 20.27



1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1950) anadan olub.


"Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.



1938 - Görkəmli aktyor, xalq artisti Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub.


1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib.


Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.



1988 - Sov.İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” qərar qəbul edib.


Qərara əsasən, Dağlıq Qarabağın sosial-iqtisadi məsələləri Azərbaycanın səlahiyyətindən alınaraq ittifaq hökumətinə verilib. O vaxtkı respublika rəhbərliyi isə buna nəinki etiraz etməmiş, əksinə, qərarı təqdirlə qarşılamışdı.



1990 - Erməni silahlı dəstələri Qazax rayonunun həmsərhəd kəndlərinə hücum ediblər.


Basqın nəticəsində rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı və s. kəndlərində onlarla dinc sakin öldürülüb və yaralanıb.



1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib.


Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format - Minsk qrupu yarandı.


Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. 1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.



* * *



1801 - İsveçli ixtiraçı və sənaye sahibkarı Emmanuel Nobel (1801-3.9.1872) anadan olub.



1906 - Məşhur rus müğənni, aktrisa, SSRİ xalq artisti Klavdiya İvanovna Şuljenko (1906-1984) anadan olub.



1926 - İtalyan dramaturq, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.



1930 - Amerika kinoaktyoru Stiv MakKuin (Steve McQueen, 1930-1980) anadan olub. “Möhtəşəm yeddilik” , “Qaçış” filmlərində çəkilib.



1954 - Rusiyanın xalq artisti, məşhur estrada müğənnisi Aleksandr Nikolayeviç Serov anadan olub.



Milli.Az