Sosial

Gözləri qorumaq üçün sadə ÜSULLAR

Metbuat.az

Gözləri qorumaq üçün sadə ÜSULLAR

Sadə üsullarla gözlərinizi qorumaq mümkündür. Lent.az bunun yollarını təqdim edir.

Kompüter istifadə edərkən fasilə verin

Kompüter gözlərinizə zərər vermir, ancaq göz quruluğu və yorğunluğuna səbəb olur. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədə bir, 20 saniyə boyunca 20 feet (təxminən 6 metr) uzağa baxmaq qaydasını tez-tez tətbiq edin. Bundan başqa kompüterin monitorunu göz səviyyənizlə eyni olacaq şəkildə 50-60 sm uzağa yerləşdirin.

Günəş eynəyi sadəcə aksessuar deyil

Günəş dərinizlə yanaşı gözlərinizə də zərər verə bilər. Kataraktla yanaşı sarı nöqtə xəstəliyinə də yol aça bilər. Bayırda olduğunuz zaman hava buludlu olsa belə, günəş eynəyi taxın.

Düzgün qidalanın

Tünd yaşıl yarpaqlı tərəvəzlər, noxud, lobya, yağsız qırmızı ət və tam taxıl kimi həzmə kömək edən qidalar ürəyə olduğu qədər gözlərə də faydalıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan, sarımsaq göz sağlamlığınız üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor, çöl böyürtkəni ilə yanaşı C, E, A vitaminləri, maqnezium sink, selenium tərkibli qidalar yeyin.

Linzalarınızın təmizliyinə diqqət edin

Linzalarınızı taxmadan əvvəl əllərinizi sabunlayın. Göz həkiminin məsləhət gördüyü damcı, ya sollusionlar istifadə edin. Linzalarınızın xüsusiyyətinə görə hər axşam çıxarıb yatın, 15 gündən bir dəyişdirin. Linza təmizləmədə istifadə etdiyiniz sollusionu hər gün dəyişdirin. Dənizə, ya hovuza girəndə linzalarınızı çıxarın.

Ümumi sağlamlığınızı həmişə nəzarətdə saxlayın

Bəlkə heç bir probleminiz yoxmuş kimi davrana bilərsiz, ancaq sağlamlıq müayinələrinə də gedin. Təzyiq, diabet, ağciyər xəstəlikləri, tiroid, immunitet sistemi pozulmaları kimi bir çox xəstəlik göz sağlamlığınıza mənfi yöndə təsir edə bilər. Multiple skleroz, anevrizm, xərçəng də göz sağlamlığını təhdid edir.