Sosial

Gözəl və cavan qalmaq istəyirsiz? (FOTO)

Metbuat.az

Gözəl bir dəriyə sahib olmaq istəyirsiniz? Doğru qidalanaraq və nəmi qoruyaq yaşlanmaya, qırışlara meydan oxumaq mümkündür.


ANS PRESS gözəlliyi uzun müddət qorumaq üçün yeyilməli olan əsas məhsulları təqdim edir.



1. Yaşıl çay


Bir çox dəriyə qulluq kremi və dəri maskalarının tərkibində yaşıl çaya rast gələ bilərik. Dərinin yenilənməsi üçün böyük təsirə malikdir. Gündə iki stəkan yaşıl çay dəri xərçənginin qarşısını alır, günəşin vurduğu ziyanı aradan qaldırır.



2. Badam


Tərkibi E vitamini ilə zəngindir. Bu isə dərinin elastikliyi üçün əvəzsizdir. Cildi sərbəst radikallardan qoruyur. Müntəzəm olaraq gün ərzində 10-15 ədə badam yemək məsləhətdir.






3.İspanaq


Folik asit mənbəyidir. Dərinin DNT-ni gənc saxlayır, xərçəngdən qoruyur. İspanağın suyu dərinin nəm səviyyəsinin saxlanmasına da kömək edir. Həftədə 2-3 dəfə yemək məsləhətdir. Salat və şirəsi daha faydalıdır.



4. Balıq


Omega 3 və selenlə olduqca zəngindir. Antioksidant tərkibi sayəsində sərbəst radikallarla mübarizə aparır, onların dəriyə vuracağı ziyanı neytrallaşdırır. Dərinin elastikliyini qoruyur. Həftədə iki dəfə qızartma olmamaq şərti ilə balıq yemək son dərəcə faydalıdır.



5.Qara şokolad


Şokolad pəhrizin düşməni kimi göstərilsə də miqdarında yeyildiyində antioksidan tərkibi sayəsində dərinin gözəlliyini qorumağa kömək edir. Əgər sağlamlığınızda problem yoxdursa, gün ərzində kako miqdarı yüksək olan 20 qram qara şokolad yemək məsləhətdir. Bu qan dövranını sürətləndiri və hüceyrələri yeniləyir.






6.Narıncılar


Yaş ötdüksə dəri elastikliyini itirir və kolajen ifrazı azalır. Naringi, portağal, qreyfurt, limon kimi C vitamini ilə zəngin olan meyvələr kolajen ifrazını artırır və dərinin möhkəmlənməsinə kömək edir.



7. Ananas


Dərinin qırışma müddətini gecikdirir. Eyni zamanda orqanizmin maye səviyyəsini də qoruyur. Gün ərzində 1-2 dilim ananas yemək məsləhətdir.



8. Yerkökü


A vitamini mənbəyi olduğu üçün dərinin sağlamlığı üçün əvəzsizdir.



9. Pomidor


Bu tərəvəz likopen mənbəyidir. Bu isə nəyin ki, dərinin bütün orqanizmin sağlamlığı üçün labüddür.



10. Su


Sağlam orqanizm, dəri üçün sudan istifadə mütləqdir. Su içmək üçün susamağı gözləməyin. Su bədəni toksiki maddələrdən təmizləyir, qan dövranını sürətləndiri, hüceyrə yenilənməsinə kömək edir.





Mənbə
ANS PRESS