Ölkə
Göygöldə yaşıllaşdırma aylığına start verilib
Göygöl, 16 mart,
AZƏRTACGöygöl rayonunda yaşıllaşdırma aylığına start verilib. Rayonun idarə və təşkilatlarının kollektivləri, eləcə də sakinlər irəli sürülən bu təşəbbüsə böyük həvəslə qoşulublar.
Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova
AZƏRTAC-a deyib ki, aksiyanın birinci günü rayonun Heydər Əliyev prospektində 500-ə yaxın yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağac əkilib, yaşıllıqların suvarılması üçün yeni su xətti çəkilib.
Yaşıllaşdırma aylığı çərçivəsində 67 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.