Sosial

Göygöldə alman izləri - lüteran kilsəsindən reportaj - VİDEO

Metbuat.az

TTV (Region TV) xəbər verir ki, almanlar Göygöl rayonunda 19-cu əsrin əvvəllərindən yaşamağa başlayıblar. Bundan sonra qədim adı Xanlıqlar olan qəsəbəyə  Yelenendorf adı verilib. 1941-ci ildə isə şəhərdən deportasiya ediliblər. Onlardan qalan izlərdən biri də buradakı lüteran kilsəsidir.



Alman memarlıq üslubunda tikilən kilsənin inşası 3 il çəkib və 1857-ci ildə  istifadəyə verilib. İkinci dünya müharibəsi illərinədək almanların ibadət yeri olan tikili müharibə dövründə hospital, bir müddət idman zalı kimi istifadə olunub, hazırda isə muzey kimi fəaliyyət göstərir. Muzeyin direktoru

Rita İbrahimova

deyir ki, bura hər zaman alman turistlərin marağındadır. Almanlar  regionun mədəni və iqtisadi həyatında mühüm rol oynayıblar.  Xüsusən şərabçılığın inkişafı onların adı ilə bağlıdır. Elə muzeyin eksponatlarının çox hissəsi də almanların həyat və məişətini əks etdirir. Onlar hələ də tarixi izlərinə qayğı göstərir və kilsəni diqqətdə saxlayırlar. Hər il Göygöl rayonuna 10 minədək xarici turist səfər edir. Bu turistlərin çox hissəsi isə almanlardır. Vaxtilə burada məskunlaşan almanların nəslindən olanlar da  hər il bu kilsəni ziyarət edirlər.



Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.