Sosial

​Göyçayda ev yanıb

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ Gecə saatlarında Göyçay rayonunun Bığır kəndində vətəndaşa məxsus ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları yanıb.


"Report" xəbər verir ki, evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub.


Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.