Ölkə
Görüşdə birgə əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 31 mart,
AZƏRTACİlya Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin professoru Zurab Javakhishvili və bu ali məktəbin nümayəndəsi David Mikava Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, görüşdə birgə əməkdaşlığa dair müzakirələr aparılıb. Hər iki ölkənin sərhəd bölgəsində olan seysmik stansiyaların məlumatlarının fasiləsiz rejimdə mübadiləsi haqqında razılıq əldə edilib.