Sosial

Gəncədə Novruz şənliyi - VİDEO

Metbuat.az

TTV (Region TV) xəbər verir ki, Milli Məclisin üzvləri, xarici qonaqlar, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Gəncənin mərkəzindəki Novruz şənliyinə qoşulublar.



İştirakçılar əvvəlcə bayram şərbətinə qonaq ediliblər. Qonaqları Bahar qızı salamlayıb, Kosa və Keçəl şən zarafatları ilə qarşılayıblar. Küçə boyu qədim məişətimizi, adət-ənənələrimizi nümayiş etdirən eksponatlar sərgilənib, ayrı-ayrı şirkət və firmalar, ali təhsil müəssisələrinin və məktəblərin kollektivləri, uşaq yaradıcılıq və tərbiyə müəssisələrinin körpələri milli geyimdə Novruz adət-ənənələrini nümayiş etdirdilər. Göygöl Dövlət Mahnı və Rəqs kollektivinin və qədim musiqi alətləri ansamblının mahnıları bayrama xüsusi rəng qatıb.



Qədim Gəncə bazarı, alış-veriş səhnələri xüsusi maraq doğurub. İştirakçılar Keçəl və Kosa ilə yumurta döyüşüb, bəylə gəlinin əyləşdiyi faytonu müşayiət edən dəvə karvanlı qədim Gəncə toyuna da baxıblar. Bayram gəzintisi şəhərin baş meydanına doğru istiqamət alıb. Burada qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli təamlarımızdan dadıblar. Sonra nəhəng tonqala od vurulub. Bayram şənliyi incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib.



Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.