Sosial

Gəncə sakini 60 qutu marixuana satmaq istəyərkən saxlanılıb - FOTO

Metbuat.az

Bakı. 25 mart. REPORT.AZ/ Abşeron rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. "Report"un məlumatına görə, əməliyyat zamanı 24 yaşlı Gəncə şəhər sakini Vəliyev Murad Zəfər oğlu saxlanılıb. 


Abşeron rayon Polis İdarəsinin əməkdaşları onun üzərindən 60 qutu qurudulmuş marixuana aşkar ediblər. M.Vəliyev marixuananı Goranboy rayonu ərazisində əkdiyini və satmaq məqsədi ilə qablaşdıraraq Abşeron rayonu ərazisinə gətirdiyini bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, isitintaq davam edir.