Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti məktəblilərin qonağı olub

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Martın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Bakıdakı 49 nömrəli “İntellekt” məktəb-liseyinin qonağı olub.


Teatrın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, məktəbin müəllim və şagird heyətinin Azərbaycan Milli Peşəkar Teatrının 142-ci ildönümü münasibətilə hazırladığı tədbir böyük maraq doğurub.


Belə ki, şagirdlər Azərbaycanın korifey aktyorlarının fotolarından ibarət hazırladıqları sərgi, eləcə də “Arşın mal alan”, “Meyvələrin söhbəti”, “Vaqif”, “Kərpickəsən qocanın nağılı” və digər əsərlərdən ifa etdikləri parçalarla teatrın kollektivini özünəməxsus şəkildə təbrik ediblər.


Sonda teatrın aktyoru İlham Əsədov şagirdlərin müşaiyəti ilə “Azərbaycan” mahnısını səsləndirib.