Gənc qızların sevimlisi məşhur qrupdan ayrıldı (FOTO)
İngiltərənin gənclərdən ibarət olan dünyaca məşhur qrupunda ayrılıq zəngləri çalınır.
ANS PRESS-in məlumatına görə, 2010-cu ildə İngiltərədə yayımlanan “X Factor” yarışmasında üçüncülük əldə edən “One Direction” üzvlərindən Zayn Malik qrupdan ayrılıb.
Onun ayrılıq xəbəri qrup üzvləri ilə yanaşı, pərəstişkarlarını da kədərləndirib. Dünya mətbuatını danışdığı mövzulardan birinə çevrilib, sosial şəbəkələrdə Zayn Malikin heyranları ağladıqlarını göstərən fotoşəkillər yayımlayıblar.
22 yaşlı pakistanlı müğənni isə qrupdan ayrılıq səbəbini səhnə işıqlarından uzaq, normal bir gənc kimi yaşamaq istəyi ilə əlaqələndirib.
Beş ildə dörd albom çıxaran qrup 5 dəfə “Brit”, 4 dəfə “MTV Video Musiqi” və 11 dəfə “MTV Avropa Musiqisi” mükafatlarını qazanıb. Qrup yarandığı gündən etibarən geniş izləyici kütləsinə sahib olub. Gənc oğlanların "What Makes You Beautiful", "Live While We're Young", "Story of My Life" ve "Steal My Girl" kimi mahnıları pərəstişkarlarının dilində əzbərə çevrilib.
Onu da qeyd edək ki, qrup ötən il İngiltərə və İrlandiyada musiqi tarixindəki ən varlı oğlan qrupu olub.
ANS PRESS