Şou

Fidan Hacıyeva konsert verəcək

Metbuat.az

Ötən gün xalq artisti adına layiq görülən Fidan Hacıyeva solo konsert vermək qərarına gəlib. Heydər Əliyev sarayının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xalq artisti aprelin 19-da “Bir bahar axşamı” adı altında səhnəyə çıxacaq. Saat 20:00-da başlanacaq konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır.  

Qeyd edək ki, F.Hacıyeva ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə “Xalq artisti” fəxri adına layiq görülüb.