Sosial

Fevral ayında Azərbaycan ərazisində 195 partlamamış hərbi sursat zərərsizləşdirilib

Metbuat.az

[ 10 Mart 2015 11:53 ]


Bakı. Ağa Cəfərli - APA. 2015-ci ilin fevral ayı ərzində 1.812.466 kvadratmetr ərazi yoxlanılıb və minalardan, partlamamış hərbi sursatdan təmizlənib.

179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

APA-nın Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi məlumata görə, əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 281.166.915 kvadrat metr ərazi təmizlənib.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689.883-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.

Məlumatın minadan zərərçəkənlər hissəsində qeyd edilir ki, 2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.