Mədəniyyət
AZƏRTAC
Festival çərçivəsində növbəti konsert
Bakı, 12 mart, Zərəngiz Mansurova,
AZƏRTACMartın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə konsert təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Ağaverdi Paşayevdir.
Gecədə xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər-Almaz Orucova, Anar Şuşalı və digərlərinin ifasında bəstəkar və xalq mahnılarını dinlənilib.
Konsertdə həmçinin orkestrin ifasında Üzeyir Hacıbəylinin “Fantziya”, Səid Rüstəmovun “Baytı-kürd”, Niyazinin ”Vətən nəğməsi”, Süleyman Ələsgərovun “Aşıqvari” və s. əsərlər ifa olunub.
Sonda Vaqif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından yeddinci hissə səsləndirilib.