Şou

Fatih Terim imperator ola bilər - filmdə

Metbuat.az
“Kahpe Bizans - 2” filminin hazırlıqlarına başlayan rejissor Qəni Müjdə imperator rolunda Türkiyə millisinin baş məşqçisi Fatih Terimin çəkilməsini istəyir.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, birinci hissəsi 1999-cu ildə lentə alınan ekran işində köhnə heyətdən heç kim rol almayacaq. Q.Müjdə layihədə tamamilə yeni aktyorların iştirak edəcəklərini bildirib:



“Uzun müddətdir tarixi film çəkmək istəyirdim. Dostlarımdan biri dedi ki, “Kahpe Bizans”ın ikinci hissəsini niyə çəkmirsən? Yeni filmdə hadisələr 1200-cü illərdə cərəyan edəcək. Köhnə heyətdən heç kim olmayacaq. Fatih Terimi imperator rolunda çəkmək istəyirəm. Heyət hələ tam dəqiqləşmədiyi üçün başqalarının adlarını deyə bilmirəm”.



Qeyd edək ki, ekran işinin birinci hissəsində imperator rolunu şoumen Məhmət Əli Ərbil canlandırıb.