"Əyri ayaqlarını düzəltdirib, efirdə özünü göstərir" - İlhamə
Xalq artisti İlhamə Quliyeva sənət aləmindəki özbaşınalıqdan danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin”ə müsahibəsində ifaçılara xəbərdarlıq edib:
“Bir-iki nəfər çaşıb, mənə pislik etmək istəyirdi, amma cəzasını aldı. Ağzınızı bağlayın, sakit oturun. Açaram sandığı, tökərəm pambığı. İlhamə kiminsə arxasınca danışmır, sözü üzə deyir. Niyə xoşuma gəlməyən halı deməyim? Sənətdə bir böyük olmalıdır, özbaşınalıq baş alıb gedir. Biri əyri ayaqlarını düzəltdirib, çıxır efirə, özünü göstərir. Camaat bilmir sənin ayağın əyri olub? Kimə özünü göstərirsən? Bu həyatda hər şey görmüşəm, gözüm toxdur. Sonradan görənlər özlərini itiriblər. İlhamə başına tac taxdı, hamı etdi. Mənim yerişimi yerimək istəyirlər, amma bacarmazlar. Sənətdə hamının tərəfin saxlayıram. Kiminsə başqasını təhqir etməsinə icazə vermərəm”.