İqtisadiyyat
“Expressbank” bayram günlərində müştərilərə xidmət göstərəcək
Bakı, 19 mart,
AZƏRTAC“Expressbank” istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, qeyd edilən tarixlərdə bankın Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10-dan 14-dək işləyəcək.
Bu tarixlərdə “Expressbank” əmanətlər, kreditlər, təcili pul köçürmələri, bank kartları və s. üzrə əhaliyə xidmət göstərəcək.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən,
www.expressbank.azsaytından və ya bankın rəsmi facebook səhifəsindən
www.facebook.com/Expressbankəldə etmək olar.