Şou
"Evim sənsən" filminin ikinci hissəsi çəkilir
Aktyor-rejissor Özcan Dəniz məşhur “Evim sensin” (“Evim sənsən”) filminin 2-ci hissəsini – “Kutsal Aşk”ı (“Müqəddəs eşq”) çəkməyə hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin həm rejissoru, həm də baş rol ifaçısı olan aktyor bu haqda İnstaqram səhifəsində yazıb. O, filmin ssenarisini özünün hazırladığını deyib.
Qeyd edək ki, “Evim sənsən” filmində Özcan Dənizin tərəf müqabili aktrisa Fəxriyyə Evcən olub.