Ölkə
AZƏRTAC
Əsgər və zabitlərə bayram sovqatları paylanıb
Ağstafa, 19 mart ,
AZƏRTACXalqımızın milli bayramı Novruzun gəlişi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin kollektivi “N” saylı hərbi hissədə olub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə əsgər və zabitlər Novruz bayramı münasibətilə təbrik edilib və onlara bayram sovqatları təqdim olunub.
Hərbi hissə rəhbərliyi göstərilən diqqətə görə Silahlı Qüvvələrin Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq edib.