Mədəniyyət

Ermənistanın “Eurovision-2015” mahnı müsabiqəsinə təqdim etdiyi mahnının adı dəyişdirilib

Metbuat.az

[ 17 Mart 2015 14:42 ]


Bakı. Cavid Zeynallı - APA. Ermənistan “Eurovision-2015” mahnı müsabiqəsinə təqdim etdiyi “Don’t deny” (“İnkar etmə”) mahnısının adını dəyişib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, mahnı “Face The Shadow” (“Kölgə ilə üzləş”) adlandırılıb.

Qərar iştirakçı ölkələrin nümayəndə heyətlərinin görüşündə qəbul edilib.

Təşkilat komitəsi mahnının adını dəyişildikdən sonra Ermənistanın iştirakını təsdiqləyib.

Erməni tərəfi mahnının adının dəyişdirilməsini mahnının siyasi motivli olması barədə yayılan məlumatlara son qoymaq üçün etdiyini açıqlayıb.

Görüşdə qeyd olunub ki, “Eurovision” mahnı müsabiqəsi bütün siyasi motivləri rədd edir, sülh, tolerantlıq və dözümlülük məqsədi daşıyır.