Dünya

Ermənistanda beynəlxalq valyuta ehtiyatları kəskin azalıb

Metbuat.az

Paris, 11 mart,

AZƏRTAC

 


Ermənistanda beynəlxalq valyuta ehtiyatları kəskin şəkildə azalmaqdadır. Cari ilin yanvar ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.


Keçən ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris